SON XƏBƏRLƏR

Politico: Avropa Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsində Amerikanı əvəzləyə bilməyəcək

2025.03.08, 19:31
Politico: Avropa Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsində Amerikanı əvəzləyə bilməyəcək

Avropa ölkələri Ukraynaya kəşfiyyat məlumatlarının təqdim edilməsi məsələsində Amerikanın yerini doldura bilməyəcək.

Gunaz.tv

Günaz TV "Report"a istinadən bildirir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Amerika Prezidenti Donald Tramp administrasiyasının Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaq qərarından sonra Avropadakı müttəfiqlər bu boşluğu doldurmağa çalışır. Lakin bunu etmək elə də asan deyil.

“Avropa ölkələrinin həqiqətən bu boşluğu doldura biləcəyinə əmin deyiləm”, – qəzet Avropanın anonim rəsmisindən sitat gətirib.

Nəşr qeyd edib ki, NATO daxilində kəşfiyyat imkanları baxımından Böyük Britaniya, Fransa və Almaniya əsas oyunçular hesab olunsa da, onların Amerika kəşfiyyat strukturlarının miqyas və imkanlarına uyğun gəlməsi çətin görünür.

Xatırladaq ki, daha öncə Britaniyanın “Daily Mail” qəzeti Amerika Prezidenti Trampın qərarı ilə Vaşinqtonun artıq Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmadığını bildirib.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar