SON XƏBƏRLƏR

Urmuda gərginlik - Şəhər Şurasının başçısı sərt reaksiya verdi

2025.03.11, 10:36
Urmuda gərginlik - Şəhər Şurasının başçısı sərt reaksiya verdi

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində yaşayan kürdlərin kürd milli atributları altında martın 18-də geniş bayram şənliklərinin keçirilməsi ilə bağlı təşəbbüsləri gərginliyə səbəb olub.

Gunaz.tv

Bu barədə yerli mənbələr məlumat yayıb.

Məlumata görə, buna etiraz edən Şəhər Şurasının başçısı Məhəmməd Xəlilpur kürdlərə bunun nəticələri barədə xəbərdarlıq edib.

"Bu çağırışlar kifayət qədər qıcıqlandırıcıdır və biz bu əyaləti özününkü kimi qələmə verənlərə qarşı kəfən geyinib cavab verəcəyik",- o deyib.

Urmuda kürd atributları ilə bayram şənlikləri keçirilməsi təşəbbüsü Urmu Şəhər Şurasının kürd əsilli üzvləri Sadiq Təvəkküli və Sasan İbrahimzadə tərəfindən irəli sürülüb.

Ötən həftədə əyalətin Naxçıvanla sərhəd Poldəşt şəhərində bayram mərasimi keçirilib və bura kürd bölgəsi kimi qələmə verilib.

Qeyd edək ki, mühacirlərin propaqanda xarakterli bayram mərasimləri bir neçə il əvvəldən Qərbi Azərbaycan əyalətinin miliyyətcə kürd olan keçmiş valisi Məhəmməd Sadiq Mötəmedian dövründən başlayıb.

Hazırda əyalətə miliyyətcə türk olan Rza Rəhmani vali təyin edilsə də, Mötəmedian dövründə başlayan Azərbaycan torpaqlarına iddia xarakterli "ənənə" davam edir.

 

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar