SON XƏBƏRLƏR

Onlarla Nobel mükafatçısı Nərgiz Məhəmmədi ilə bağlı bəyanat yaydı

2025.03.14, 13:00
Onlarla Nobel mükafatçısı Nərgiz Məhəmmədi ilə bağlı bəyanat yaydı

Dünyanın müxtəlif ölkələrindən olan 85 Nobel mükafatçısı, Tehranın Evin həbsxanasında saxlanılan 2023-cü il Nobel Sülh Mükafatının qalibi güneyli azərbaycanlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin azad edilməsini tələb ediblər.

Gunaz.tv

Bu, Nobel mükafatçılarının yaydığı birgə bəyanatda tələb edilib.

Bəyanatda Nərgiz Məhəmmədinin tibbi məzuniyyətdə olmasına və onun yenidən həbsxanaya qaytarılması cəhdlərinə toxunulub və hüquq müdafiəçisinin barəsində irəli sürülən ittihamların ləğvi, onun bir dəfəlik və qeyd-şərtsiz azad edilməsi istənilib.

Bəyatanı imzalayanlar Məhəmmədi ilə yanaşı İran həbsxanalarında saxlanılan bütün siyasi məhbusların azad edilməsinin də vacibliyini bildiriblər.

Qeyd edək ki, 2023-cü il Nobel Sülh Mükafatı laureatı 52 yaşlı zəncanlı Nərgiz Məhəmmədi, son dəfə 2021-ci ilin noyabrında həbs edilib və müxtəlif ittihamlara görə 12 il 9 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.

O, bir müddət əvvəl səhhətində olan problemlərə görə girov qarşılığında tibbi məzuniyyətə buraxılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar