SON XƏBƏRLƏR

Avropa liderlərinin sammiti başlayır: büdcə təklifində nələr var?

2025.03.20, 11:13
Avropa liderlərinin sammiti başlayır: büdcə təklifində nələr var?

Bu gün Brüsseldə Avropa İttifaqının ikigünlük sammiti başlayır.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadən xəbər verir ki, sammitin əsas mövzusu Ukrayna və İttifaqın müdafiəsi ilə bağlıdır. Tədbirdə Avropa Komissiyası üzv dövlətlərin 150 milyard avroluq kreditə çıxış əldə edəcəyi yeni Aİ müdafiə təşəbbüsünün qəbul ediləcəyi gözlənilir.

Avropa Komissiyasının sammitöncəsi təqdimatından aydın olur ki, vəsait ilk növbədə Avropa İttifaqı və Ukraynada istehsal olunan silah komponentlərinə yönəldilməlidir. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, birliyin Ukraynadan öyrənməli olduğu məsələlər var: "Ukrayna döyüş meydanından öyrənməli olduğumuz çox şey var. Biz Ukrayna üçün və onunla birlikdə müdafiə sistemlərini inkişaf etdirməyi bacarmalıyıq".

Kallas qeyd edib ki, Avropa Komissiyasının müdafiə təşəbbüsü Ukraynaya dəstəklə bağlı son yeni təklifləri də nəzərə alıb: “Dəstəyə əlavə döyüş sursatları, hava hücumundan müdafiə sistemləri və pilotsuz uçan aparatlar, eləcə də Ukrayna briqadalarının təlimi və təchiz edilməsi daxildir. Buraya həmçinin Ukraynanın müdafiə sənayesinə birbaşa dəstək, eləcə də kosmik xidmətlərə çıxışın genişləndirilməsi daxildir".

“Azadlıq” radiosunun məlumatına görə, Aİ liderlərinin martın 20-də Brüsseldə başlanacaq sammitinin kommünike layihəsində Avropa İttifaqının Ukraynaya maliyyə və hərbi yardımı davam etdirəcəyi qeyd olunub. Blok həmçinin Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və təkid edir ki, Rusiya “müharibəyə son qoymaq üçün real siyasi iradə nümayiş etdirməlidir”.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar