SON XƏBƏRLƏR

Rusiya bu ölkəyə hücuma hazırlaşır

2025.03.24, 11:07
Rusiya bu ölkəyə hücuma hazırlaşır

“Rusiyanın Litvaya hücumu bu payızda baş verə bilər. Bu, bizim son dinc yayımız ola bilər”.

Gunaz.tv

GünazTV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu tarixçi və Potsdam Universitetinin professoru Zönke Naytsel “BILD” nəşrinə müsahibəsində deyib.

Ekspert hesab edir ki, Avropada müharibə mümkündür, belə ki, Putinin və Trampın siyasətləri dünya təhlükəsizlik vəziyyətini ciddi şəkildə dəyişib.

Bundan əlavə, Rusiya Belarusda böyük hərbi təlimlər elan edib və Baltik ölkələrində Putinin qoşunlarının sərhədi keçə biləcəyi ilə bağlı ciddi narahatlıq var.

“Son üç ilin nəticəsi yalnız bu ola bilər: biz hazır olmalıyıq”, – ekspert qeyd edib.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar