SON XƏBƏRLƏR

İran və Ermənistan əlaqələrin inkişafı üçün əzm nümayiş etdirir- Sübhani

2025.03.24, 15:53
İran və Ermənistan əlaqələrin inkişafı üçün əzm nümayiş etdirir- Sübhani

Ermənistan Avrasiya İqtisadi Birliyinin (AİB) 200 milyonluq bazarına daxil olmaq üçün platforma sayılır və İran bu birliyə üzv olması ilə bəzi gömrük güzəştlərindən yararlanacaq.

Gunaz.tv

Bu sözləri İranın Ermənistandakı səfiri Mehdi Sübhani deyib.

“Tehranın son illərdə Ermənistanın ərazi bütövlüyünü dəstəkləməsi İrəvanın daha çox İranla münasibətləri inkişaf etdirməyə can atmasına səbəb olub",- o əlavə edib. 

Sübhaninin sözlərinə görə, İran səfirliyi hazırda Ermənistanın 19 məktəbində 3800 şagirdə fars dilini öyrədir, 3 universitet də iranşünaslıq və fars dilinin tədrisi kursları təklif edir. 

"Ermənistan universitetləri İranın bəzi universitetləri, o cümlədən Tehran, Qəzvin, Təbriz və Əhvaz universitetləri ilə uğurlu əlaqələr qurub və əməkdaşlıq sənədi imzalayıblar ki, bunlar əsasında professor və tələbə mübadiləsi aparılır”, - iranlı diplomat bildirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar