SON XƏBƏRLƏR

Türkiyənin Aİ-yə üzvlüyü strateji zərurətdir və sürətləndirilməlidir

2025.03.25, 11:35
Türkiyənin Aİ-yə üzvlüyü strateji zərurətdir və sürətləndirilməlidir

Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlüyü təhlükəsizlik və iqtisadi baxımdan strateji zərurətdir.

Gunaz.tv

GünazTV "Report"-a istinadən xəbər verir ki, bu barədə “EU Reporter” saytının dərc etdiyi hesabatda qeyd olunub.

Nəşrə danışan Aİ rəsmiləri bildiriblər ki, rəsmi Ankaranın üzvlük prosesi sürətləndirilməlidir. Buna əsas kimi Türkiyənin NATO-dakı açar rolu, regional təsiri və iqtisadi əhəmiyyəti göstərilib. Qeyd olunub ki, Türkiyə NATO üzvü olaraq Avropanın təhlükəsizliyi üçün vacib tərəfdaşdır.

Hesabatda Rusiya-Ukrayna müharibəsində Türkiyənin vasitəçilik roluna xüsusilə diqqət çəkilib: “Türkiyənin Aİ-yə üzvlük prosesinin sürətləndirilməsi ilə Brüssel güclü orduya və hərtərəfli kəşfiyyat qabiliyyətinə malik tərəfdaş qazanacaq".

Həmçinin vurğulanıb ki, Türkiyənin mümkün üzvlüyü Avropa üçün fürsətdir.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar