SON XƏBƏRLƏR

Amerikada iranlı tələbə həbs edildi

2025.03.27, 10:59
Amerikada iranlı tələbə həbs edildi

Martın 26-da Amerikanın Alabama Universitetinin doktorantura öyrəncisi iranlı tələbə ABŞ Miqrasiya İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, İran vətəndaşı universitet kampusundan kənarda həbs edilib. Hələlik Amerika Miqrasiya İdarəsi tələbənin həbsi ilə bağlı açıqlama verməyib. 

Amerika Miqrasiya İdarəsi saxlanılan tələbənin kimliyi barədə açıqlama verməsə də, İran mediası onun mexanika mühəndisliyi oxuyan Əlirza Durudi olduğunu yazıb.

Qeyd edək ki, Amerika Prezidenti Donald Tramp bu ölkə universitetlərində HƏMAS-a dəstək verən tələbələrin qovulması barədə göstəriş verib.

İranlı tələbənin HƏMAS-ı himayə etdiyinə və dəstək aksiyalarında iştirakına görə saxlanıldığı ehtimal olunur.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar