SON XƏBƏRLƏR

Çin Tayvanın mühasirəsinin sınağını keçirdi

2025.04.02, 15:11
Çin Tayvanın mühasirəsinin sınağını keçirdi

Xəbər verdiyimiz kimi, Çin ordusu Tayvan ətrafında hərtərəfli hərbi təlimlər keçirir.

Gunaz.tv

Çin ordusu hərbi təlimlər zamanı Tayvanın mühasirəyə alınması və kritik obyektlərinə zərbələrin endirilməsini sınaqdan keçirib.

GünazTV Musavat.com-a istinadən xəbər verir ki, Çin Xalq Azadlıq Ordusu bu manevrlərin görüntülərini rəsmi şəkildə yayımlayıb.

Tayvan Müdafiə Nazirliyinin məlumatına görə, bu səhər adaya doğru 76 Çin qırıcı təyyarəsi və 15 hərbi gəmi yaxınlaşıb. Onlardan 37-si Tayvanın şimal, mərkəzi, cənub-qərb və şərq hava hücumundan müdafiə zonalarına daxil olub.

Qeyd edək ki, Çin Tayvanı öz ərazisi hesab edir və son illərdə adaya qarşı təzyiqlərini artırıb. Pekin bu tip hərbi təlimlərin "ayrılma meyillərinə" qarşı xəbərdarlıq olduğunu bildirir. Tayvan isə öz suverenliyini qorumaqda israrlıdır.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar