SON XƏBƏRLƏR

İran televiziyası 100.000 Traxtor tərəftarının "Türk dilində mədrəsə" şüarını senzura edib

2025.04.19, 10:45
İran televiziyası 100.000 Traxtor tərəftarının "Türk dilində mədrəsə" şüarını senzura edib

Türk əleyhdarı İran rejiminin televiziyası əvvəlcədən düşünülmüş bir hərəkətlə 100 min azərbaycanlı “Traxtor” azarkeşinin şüarını kəsib və səsi dəyişdirərək senzura edib.

Gunaz.tv

İran Konstitusiyasının 15-ci maddəsinə əsasən, qeyri-fars vətəndaşların öz ana dilində təhsil almaq hüququ var. Amma təxminən yarım əsrdir ki, İran İslam Respublikası rejimi bu prinsipi həyata keçirməkdən boyun qaçırır və ölkədəki on milyonlarla türk öz təməl haqlarından məhrum qalmağa davam edir.\

Bu səbəbdən də “Traxtor” azarkeşləri komandanın oyunları əsanasında “Türk dilində mədrəsə, olmalıdı hər kəsə” şüarını səsləndirərək, ana dilində təhsil tələb edirlər.

Əvvəlki oyunlarda da İran Yayım Korporasiyası güney azərbaycanlı türklərin ana dili və başqa təməl insan haqqları tələblərini sensuraya məruz qoymuşdu. Bu da rejimin ölkə daxilindəki fars olmayan xalqlara heç bir zaman heç bir haqq verməyəcəyini açıq göstərir.

 

C

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar