SON XƏBƏRLƏR

Britaniya ilə Avropa İttifaqı arasında böyük razılaşma

2025.04.22, 12:08
Britaniya ilə Avropa İttifaqı arasında böyük razılaşma

Böyük Britaniyanın baş naziri Keir Starmer Avropa İttifaqı ilə Britaniya şirkətlərinə avropalı müttəfiqlərə milyardlarla funt sterlinq dəyərində silah satmağa imkan verən böyük ticarət razılaşmasını imzalamağa yaxındır.

Gunaz.tv

The Times xəbər verir ki, müqavilə imzalanarsa, Britaniya şirkətləri Aİ-nin yeni müdafiə fondu üçün 150 milyard avro dəyərində tenderdə iştirak edə biləcəklər.

Qəzet Britaniyanın baş nazirinin Brüssellə ticarət maneələrini yumşaltmağa çalışdığını vurğulayır. Nəşr yazır ki, bu məqsədlə o, mayın 19-da Londonda Aİ-Böyük Britaniya sammiti keçirəcək.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar