SON XƏBƏRLƏR

Tehranda “erməni soyqırımı abidəsi” önündə gərginlik - VİDEO

2025.04.24, 14:55
Tehranda “erməni soyqırımı abidəsi” önündə gərginlik - VİDEO

Bu gün səhər saatlarında Tehrandakı erməni icmasının nümayəndələri ilə Ermənistanın İrandakı səfiri Qriqor Akopyan arasında insident baş verib.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Tehranda “erməni soyqırımı memorialı”nda səhər saatlarında keçirilən mərasimdə erməni icmasının nümayəndələri Akopyanı “Satqın Nikol” şüarları ilə qarşılayıb, hətta onun qoyduğu əklili də götürüb kənara atıblar.

İnsidentə Ermənistan səfirliyinin “Genesis Armenia” analitik mərkəzinin direktoru, politoloq Abraham Qasparyanın Tehranda çıxışını və görüşlərini qadağan etməsi ilə bağlı müraciəti səbəb olub. Qasparyan “Daşnaksütyun” terror təşkilatının təşəbbüsü ilə keçirilməli olan tədbirdə iştirak etmək üçün Tehrana gəlib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar