SON XƏBƏRLƏR

Rusiya İrana yardım göndərdi

2025.04.28, 10:46
Rusiya İrana yardım göndərdi

Rusiya xilasetmə qüvvələri ilə birlikdə Şəhid Racai limanına üç xüsusi yanğınsöndürmə təyyarəsi göndərib.

Gunaz.tv

Bunu İranın Moskvadakı səfiri Kazım Calali deyib.

"Mən şənbə gecə yarısı bu ölkənin hakimiyyət orqanları ilə əlaqə saxladım və tətil olmasına baxmayaraq, onlar gecə yarısı Şəhid Rəcai Limanında yanğını mümkün qədər tez dayandırmaq üçün xilasetmə qüvvələrini daşıyan iki B-200 və bir İlyushin-76 təyyarəsi də daxil olmaqla üç xüsusi yanğınsöndürmə təyyarəsi göndərdilər",- səfir bildirib.

Qeyd edək ki, İranın cənubundakı Hormuzqan əyalətinin Bəndər Abbas şəhərinin Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 40-a çatıb, 1205 nəfər isə yaralanıb.

Bəzi mənbələr partlayışın bərk raket yanacaqlarının saxlanıldığı konteynerlərdə baş verdiyini bildiriblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar