SON XƏBƏRLƏR

Növbəti köç karvanı Sarıcalı kəndinə çatıb, mənzillərin açarları təqdim olunub

2025.04.29, 15:09
Növbəti köç karvanı Sarıcalı kəndinə çatıb, mənzillərin açarları təqdim olunub

Növbəti köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb, sakinlərə mənzillərin açarları təqdim edilib.

Gunaz.tv

GünazTV Report-a istinadla xəbər verir ki, aprelin 29-da yola salınan köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb.

Bu mərhələdə köçürülən 169 nəfərdən ibarət 39 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim olunub.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi  nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar