SON XƏBƏRLƏR

Medvedev Finlandiya və İsveçi nüvə silahı ilə hədələdi

2025.04.29, 15:18
Medvedev Finlandiya və İsveçi nüvə silahı ilə hədələdi

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyan edib ki, NATO-ya bu yaxınlarda qoşulan ölkələr avtomatik olaraq Rusiya Silahlı Qüvvələrinin “hətta nüvə komponenti də daxil olmaqla mümkün zərbələrinin” hədəfinə çevrilib.

Gunaz.tv

GünazTV “AzPolitika”-ya istinadla xəbər verir ki, Medvedev bunları deyərkən İsveç və Finlandiyanı nəzərdə tutub.

Onun sözlərinə görə, NATO-ya daxil olana qədər Finlandiya və İsveç geosiyasi mövqelərinə və “bir sıra digər amillərə” görə müəyyən beynəlxalq üstünlüklərə malik olublar: “İndi isə onlar bizə düşmən olan blokdadırlar, bu o deməkdir ki, onlar avtomatik olaraq silahlı qüvvələrimiz üçün hədəfə çevrilib, o cümlədən hətta nüvə komponenti daşıyan mümkün cavab zərbələrinin və yaxud hərbi doktrina çərçivəsində qabaqlayıcı tədbirlərin hədəfinə. Onlar artıq silahlı qüvvələrimizin hədəfinə düşüblər. Bundan həyatları yaxşılaşdı? Xeyr! Bunlar siyasi oyunlardır".

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar