SON XƏBƏRLƏR

İranda Azərbaycana qarşı tədbir keçirilib

2025.04.30, 14:43
İranda Azərbaycana qarşı tədbir keçirilib

Aprelin 24-də İranın Qum şəhərində Azərbaycan Respublikasına qarşı yeni tədbir keçirilib.

Gunaz.tv

Bu barədə tədbir təşkilatçıları sosial mediada paylaşım ediblər.

Anti-Azərbaycan tədbiri Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən Taleh Yusifovun xatirəsinə həsr edilib.

Mərasimdə Azərbaycan Respublikasına qarşı çıxış edənlər, müsəlmanlara qarşı təzyiqlərin olduğu iddia edib, vətəndaşları iğtişaşa təhrik edən bəyanatlar səsləndiriblər.

Qeyd edək ki, terrorçu fəaliyyətinə görə beynəlxalq axtarışda olan Taleh Yusifov Suriyadan Rusiyaya gedib, 2022-ci ildə isə Azərbaycan Respublikasına ekstradisiya edilib.

O, aprelin 22-də İran və Suriyada olduğu zamanlar davamlı istifadə etdiyi narkotik maddələrin fəsadlarından irəli gələn xəstəlik səbəbindən həbsxanada həlak olub.

Tədbirdə, Azərbaycan Respublikasında axtarışda olan və SEPAH-a sığınan, iranlı mollalar və SEPAH üzvləri iştirak ediblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar