SON XƏBƏRLƏR

İran bütün obyektlərini yoxlama üçün açmalıdır - Rubio

2025.05.02, 10:33
İran bütün obyektlərini yoxlama üçün açmalıdır - Rubio

Əgər İslam Respublikasının məqsədi doğrudan da nüvə silahının inkişafının qarşısını almaqdırsa, bütün obyektlərini təftiş üçün açmalıdır. 

Gunaz.tv

Bunu Amerika dövlət katibi Marko Rubio "Fox News"-a müsahibəsində deyib.

"Barak Obama dövründə imzalanmış nüvə sazişindəki çatışmazlıqlardan biri də hərbi obyektlərin təftişinə icazə verməməsi olub",- o bildirib.

Rubio deyib ki, əgər kimsə nüvə silahı yaratmaq istəsə, çox güman ki, onu hərbi təsisatda hazırlayacaq:

"Biz bilirik ki, İslam Respublikasının keçmişdə dünyaya elan etmədiyi gizli nüvə proqramı var idi".

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar