SON XƏBƏRLƏR

Media azadlığına görə İran Əfqanistandan da geridədir

2025.05.02, 16:33
Media azadlığına görə İran Əfqanistandan da geridədir

İran Dünya Mətbuat Azadlığı İndeksində Əfqanıstandan bir pillə aşağı olmaqla 176-cı yerdə qərarlaşıb.

Gunaz.tv

Bu barədə Sərhədsiz Jurnalistlər Birliyinin 2025-ci ilin media sahəsindəki hesabatında bildirilib.

Hesabata görə, Talibanın idarə etdiyi Əfqanistan bu sahədə İrandan bir pillə irəlidədir və 175-ci yeri tutur:

2025-ci il Media Azadlığı İndeksində İran dünya ölkələri arasında 176-cı yerdə qərarlaşıb. Bu, Taliban idarəsi altında olan Əfqanıstanın bu indeksdə dünyada 175-ci yerdə, İrandan daha yaxşı mövqedə olmasını göstərir".

Hesabata görə, yalnız dörd ölkə - Suriya, Çin, Şimali Koreya və Eritreya İrandan daha pis vəziyyətədirlər və indeksdə sıra ilə 177, 178, 179 və 180-ci yerləri tuturlar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar