SON XƏBƏRLƏR

Si Cinpinin 9 May hərbi paradında iştirakı təsdiqləndi

2025.05.05, 13:03
Si Cinpinin 9 May hərbi paradında iştirakı təsdiqləndi

Çin rəhbəri Si Cinpinin Rusiyaya dövlət səfəri rəsmi olaraq təsdiqlənib.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, o, 9 May – Qələbə Günü münasibətilə Moskvada keçiriləcək hərbi paradda iştirak etmək niyyətindədir.

Məlumatı Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi təsdiqləyib.

"Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Çin sədri Si Cinpin 7-10 may tarixlərində Rusiyaya dövlət səfəri edəcək və Böyük Vətən müharibəsində Qələbənin 80-ci ildönümü münasibətilə Moskvada keçiriləcək təntənəli tədbirlərdə iştirak edəcək", - nazirliyin bəyanatında deyilir.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar