SON XƏBƏRLƏR

Husilər İsrailin cənubunda Ramon hava limanına zərbə endiriblər

2025.05.08, 11:08
Husilər İsrailin cənubunda Ramon hava limanına zərbə endiriblər

Yəmənin “Ənsar Allah” hərəkatından olan husilər İsrailin cənubunda Eylat şəhəri yaxınlığındakı Ramon hava limanına zərbə endiriblər.

Gunaz.tv

GünazTV “Report”-a istinadla xəbər verir ki, üsyançıların formalaşdırdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Saria hərəkatın nəzarətində olan “Al Masirah” televiziya kanalının efirində belə bir bəyanatla çıxış edib.

“Dron ordusu iki hərbi əməliyyat həyata keçirib, birinci əməliyyat zamanı Eylat bölgəsində sionist düşmənə məxsus Ramon hava limanına iki dronla hücum edilib”, – o bildirib.

Qeyd edək ki, daha öncə husiləri Təl-Əvivdəki Ben Qurion hava limanına zərbə endirərək İsraili tam hava blokadasına salmağa çalışmışdılar. İsrail Silahlı Qüvvələri isə buna cavab olaraq husi terror qruplaşmasının nəzarətində Səna hava limanına zərbələr endirmişdir. Nəticədə Səna hava limanının terminal binalarını tamamilə dağıdılıb və hava limanının fəaliyyəti məhdudlaşıb, ümumilikdə isə dəyən zərər 500 milyon dollar olduğu hesab edilir. 

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar