SON XƏBƏRLƏR

Amerika Çinin malik olduğu nüvə başlıqlarının sayını açıqladı

2025.05.08, 12:20
Amerika Çinin malik olduğu nüvə başlıqlarının sayını açıqladı

Çinin nüvə başlıqları arsenalı 600 ədədi ötür.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadla xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisinin strateji çəkindirmə və nüvə inteqrasiyası üzrə müavini Endryu Qebara deyib.

O, Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsindəki çıxışında bildirib: “Çin Amerikanın müdafiəsi üçün əsas təhlükədir və nüvə qüvvələrinin kütləvi şəkildə genişləndirilməsi, modernləşdirilməsi və şaxələndirilməsinə başlayıb. Bir il əvvəl bu komitə qarşısında sonuncu çıxışımdan bəri Çin öz arsenalına 100-dən çox nüvə silahı əlavə edərək, ümumi arsenalını 600-dən yuxarıya çatdırıb”.

Amerika rəsmisinin sözlərinə görə, “Çin 2030-cu ilə qədər 1000-dən çox nüvə başlığına sahib olmaq yolundadır".

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar