SON XƏBƏRLƏR

Abbas Əraqçi Hindistana səfərə gedib

2025.05.08, 14:30
Abbas Əraqçi Hindistana səfərə gedib

Hindistana səfərim iki ölkə arasında birgə iqtisadi komissiyanın çağırılması üçün çoxdan planlaşdırılan missiyanın bir hissəsidir.

Gunaz.tv

Bu fikirləri İranın xarici işlər naziri Abbas Əraqçi Hindistana səfəri çərçivəsində bildirib.

Əraqçi əlavə edib ki, nümayəndə heyətinə İranın iqtisadi nazirliklərinin yüksək vəzifəli rəsmiləri daxildir və səfər zamanı ikitərəfli iqtisadi əməkdaşlıq nəzərdən keçiriləcək.

"Biz həmişə Hindistanla mühüm regional və beynəlxalq məsələlərdə siyasi məsləhətləşmələr aparmışıq. Mövcud həssas vəziyyəti nəzərə alaraq, bu müzakirələr daha çox diqqət mərkəzində olacaq." - deyə Əraqçi bildirib.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar