SON XƏBƏRLƏR

Aİ Hindistan və Pakistanı qarşılıqlı hücumlardan çəkinməyə çağırıb

2025.05.08, 15:38
Aİ Hindistan və Pakistanı qarşılıqlı hücumlardan çəkinməyə çağırıb

Avropa İttifaqı (Aİ) Hindistan və Pakistan arasında artan gərginliyi böyük narahatlıqla izləyir.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bəyanatında bildirib.

"Aİ hər iki tərəfi təmkinli olmağa, gərginliyi azaltmağa və hər iki tərəfdən mülki şəxslərin həyatını qorumaq üçün əlavə hücumlardan çəkinməyə, tərəfləri dialoqa çağırır", - bəyanatda vurğulanıb.

Onun sözlərinə görə, Brüssel vəziyyətin gərginliyini azaltmaq üçün bütün tərəflərlə işləməyə hazırdır.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar