SON XƏBƏRLƏR

"Traxtur"a çempionluq kuboku Əhvazda veriləcək

2025.05.12, 15:49
"Traxtur"a çempionluq kuboku Əhvazda veriləcək

Təbrizin "Traxtur" komandasının çempionluq kuboku mayın 15-də Əhvaz şəhərində təqdim olunacaq.

Gunaz.tv

Bu barədə İranın "Mehr" xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, kubok təqdimetmə mərasimi Təbriz təmsilçisinin Xuzistanın "İstiqlal" komandası ilə görüşündən sonra baş tutacaq.

Qeyd edək ki, bundan əvvəl kubokun mayın 16-da Tbrizin Yadiqari İmam (Səhənd) stadionunda keçirilməsi planlaşdırılan mərasimdə veriləcəyi bildirilmişdi.

"Traxtur" Klubunun rəhbərliyinin və komanda tərəfdarlarının israr və müraciətlərinə baxmayaraq, kubokun Əhvazda verilməsi qərara alınıb.

Mayı 16-da Təbrizdə keçirilməsi nəzərdə tutulan mərasimin ləv edilib-edilməyəcəyi ilə bağlı isə açıqlama verilməyib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar