SON XƏBƏRLƏR

İsrail Yəmən limanlarına zərbə endirəcək?

2025.05.14, 13:45
İsrail Yəmən limanlarına zərbə endirəcək?

Yəməndən həyata keçirilən raket hücumları dalğasından sonra İsrail ordusunun ərəbcə sözçüsü yəmənliləri liman ərazilərindən evakuasiya edilməsinə çağırıb.

Gunaz.tv

İsrail ordusunun ərəbcə sözçüsüAviçay Adraee, husilərin nəzarətində olan dəniz limanları yaxınlığındakı Yəmən sakinlərini növbəti xəbərdarlığa qədər ərazini boşaltmağa çağırıb. Xəbərdarlıq son 24 saat ərzində Yəməndən İsrailə doğru 3 ballistik raketin atılmasından sonra edilib.

"Bu, Husi terror rejiminin nəzarətində olan dəniz limanlarında olanlara vacib xəbərdarlıqdır: Ras İsa limanı, Hudeyda limanı və Əl-Salif limanı. Sizi növbəti xəbərdarlıq edilənə qədər bu limanları boşaltmağa çağırırıq," - Aviçay Adraee bildirib.

İsrail Silahlı Qüvvələrinin sözçüsü əlavə edib ki, husi terrorist rejiminin dəniz limanlarından terror fəaliyyətləri üçün istifadə etdiyinə görə, bu limanlarda fəaliyyət göstərən bütün şəxsləri təhlükəsizliyə görə təxliyə etməyə çağırır. Limanların boşaldılması çağırışı insanların təhlükəsizliyi üçün olduğu bildirilib.

Bu həftə ikinci dəfədir ki, israilli sözçü evakuasiya xəbərdarlığı edib. İlk xəbərdarlıq ötən bazar günü edilib. Təxliyə xəbərdarlığına baxmayaraq, o vaxtdan bəri Yəmənin dəniz limanları ərazisində heç bir hücum olmayıb.

 

 

Şahin Elxanoğlu

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar