SON XƏBƏRLƏR

Pakistan xarici işlər naziri Çində: Hindistan müzakirə olunacaq

2025.05.19, 15:20
Pakistan xarici işlər naziri Çində: Hindistan müzakirə olunacaq

Pakistan xarici işlər naziri İshaq Dar mayın 19-da çinli həmkarı Van Yinin dəvəti ilə üç günlük rəsmi səfərlə Pekinə gəlib.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bu gün baş nazirin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar üç günlük rəsmi səfərlə Pekinə gəlib. O, hava limanında yüksək rütbəli Çin rəsmiləri və Pakistanın Çindəki səfiri Xəlil Haşmi tərəfindən qarşılanıb”, - XİN-in açıqlamasında deyilir.

Səfər zamanı Dar çinli həmkarı ilə Cənubi Asiya regionundakı vəziyyət və bunun sülh və sabitlik üçün təsirləri ilə bağlı müzakirələr aparmağa hazırlaşır.

Tərəflər həmçinin Pakistan-Çin ikitərəfli münasibətlərinin bütün spektrini nəzərdən keçirəcək və qarşılıqlı maraq doğuran regional və qlobal hadisələrə dair fikir mübadiləsi aparacaqlar.

Səfər Pakistan və Çin arasında davam edən yüksək səviyyəli qarşılıqlı əlaqələrin bir hissəsini təşkil edir. Açıqlamada qeyd olunur ki, bu, həmçinin iki ölkənin Hərtərəfli Strateji Əməkdaşlıq Tərəfdaşlığını daha da gücləndirmək üçün ortaq öhdəliyini vurğulayır.

Səfər Pakistan və Hindistan arasında gərginliyin yüksək olaraq qaldığı bir vaxta təsadüf edir.

Mayın 6-7-də Hindistanın Pakistanın Pəncab və Azad Kəşmir bölgələrinə hava zərbələri dinc sakinlərin ölümünə səbəb olub. Pakistan cavab olaraq, 5 Hindistan təyyarəsini vurub. Bir neçə gün davam edən qarşıdurmadan sonra Amerikanın mayın 10-dakı müdaxiləsi atəşkəsə gətirib çıxarıb.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar