SON XƏBƏRLƏR

Filippin Çinin Sahil Mühafizəsini aqressivlikdə ittiham edib

2025.05.22, 14:57
Filippin Çinin Sahil Mühafizəsini aqressivlikdə ittiham edib

Filippinin balıqçılıq bürosu, Çin Sahil Mühafizəsinin Güney Çin dənizində dəniz araşdırmaları apararkən su şırnaqları ilə mülki gəmilərdən birini yana sürüşdürməsi ilə mülki heyətin həyatını riskə atdığını bildirib.

Gunaz.tv

Balıqçılıq və Su Ehtiyatları Bürosu Çinin bu hərəkətini qınayaraq əvvəllər də Filippinli gəmilərin Çin tərəfindən aqresiyaya məruz qaldığını bildirib.

Xatırladaq ki, keçən ay Çinin Sahil Mühafizəsi suverenliyi qorumaq adı altında Sendi-key mərcan adasına qüvvə çıxardığını bildirmişdi. Filippin tərəfi isəonların bu iddiasını təkzib etmişdi.

Qeyd edək ki, Sendi-key mərcan adası  Filippinin əlində olan Titu adasına olduqca yaxındır. Titu adası Spratli arxipelaqının strateji baxımdan ən önəmli və ən iri adalarından biridir.

Sandy Cay Reef - Rau's IAS

Çin Bruney, İndoneziya, Malayziya, Filippin və Vyetnamın da dəniz suları daxil olmaqla, demək olar ki, bütün Güney Çin dənizi üzərində suverenlik iddiasındadır.

Xatırladaq ki, Beynəlxalq arbitraj məhkəməsinin 2016-cı il qərarı Pekinin geniş iddialarının beynəlxalq hüquq çərçivəsində heç bir əsası olmadığını göstərsə də Çin bu qərarı rədd etmişdi.

 

- Cəfər Cəfərli

 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar