SON XƏBƏRLƏR

Rumıniya Ukraynaya qoşun göndərmək niyyətində deyil

2025.05.24, 11:38
Rumıniya Ukraynaya qoşun göndərmək niyyətində deyil

Rumıniya Prezidenti vəzifəsini icra edən İlie Bolojan ölkəsinin Ukraynaya hərbçi göndərmək niyyətində olduğunu heç vaxt deməyib.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə onun milli təhlükəsizlik məsələləri üzrə müşaviri Kristian Dyaakonesku açıqlama verib.

Müşavirin sözlərinə görə, sosial şəbəkələrdə prezidentə aid edilən bəzi yanlış və yalan məlumatların fonunda bu izahatın verilməsinə ehtiyac yaranıb.

Açıqlama prezident administrasiyasının rəsmi saytında yerləşdirilib.

“Prezidenti əvəz edən şəxs heç bir rəsmi və ya qeyri-rəsmi kontekstdə Rumıniyanın Ukraynaya hərbçi göndərməyə hazır olduğu və ya bunu planlaşdırdığı barədə fikir söyləməyib”, – deyə Dyaakonesku vurğulayıb.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar