SON XƏBƏRLƏR

İran sanksiyalardan yayınmaq üçün danışıqları uzadır

2025.05.26, 12:39
İran sanksiyalardan yayınmaq üçün danışıqları uzadır

Böyük Britaniya, Fransa və Almaniyadan olan yüksək səviyyəli rəsmilər Tramp administrasiyasına xəbərdarlıq ediblər ki, İran BMT sanksiyalarının bərpasından yayınmaq üçün nüvə danışıqlarını qəsdən uzadır.

Gunaz.tv

Bu barədə "Jerusalem Post" qaynaqlara istinadən məlumat yayıb.

“Avropalılar Amerikaya bildiriblər ki, danışıqlar üçün dəqiq vaxt qrafiki olmalıdır; əks halda iranlılar sanksiyaların geri qaytarılmasını əngəlləmək üçün Amerika ilə Avropa arasında anlaşılmazlıq yaratmağa çalışacaqlar.” - deyə xəbərdə bildirilib.

Qeyd edək ki, Avropa üçlüyü kimi qeyd edilən, 2015-ci ildə İranla nüvə müqaviləsini bağlayan Böyük Britaniya, Fransa və Almaniya oktyabr ayına qədər BMT-nin Tehrana qarşı sanksiyalarını qüvvəyə mindirməlidirlər.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar