SON XƏBƏRLƏR

Türkiyə Amerika və Avropanın Suriyaya qarşı sanksiyaların ləğvi qərarını alqışlayır

2025.05.27, 15:37
Türkiyə Amerika və Avropanın Suriyaya qarşı sanksiyaların ləğvi qərarını alqışlayır

Türkiyə və Rusiya Suriyanın suverenliyini qorumaq və sabitliyini təmin etmək üçün səylərini davam etdirəcək.

Gunaz.tv

GünazTV "Report"-a istinadla xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Suriyanın yeni hakimiyyəti ölkədə terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı mübarizəni davam etdirir.

"Türkiyə Amerika və Avropanın Suriyaya qarşı sanksiyaları ləğv etmək qərarını alqışlayır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu məsələdə diplomatik səylər göstərib", - o bildirib.

Hakan Fidan bildirib ki, Türkiyə və Rusiya Suriyanın yeni hakimiyyəti ilə əlaqələri və bu ölkənin suverenliyi, ərazi bütövlüyü və rifahını təmin etmək üçün səyləri davam etdirəcək.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar