SON XƏBƏRLƏR

Xaməneinin nümayəndəsi Səfəvi irsinin dağıdılmasını istədi

2025.05.30, 09:36
Xaməneinin nümayəndəsi Səfəvi irsinin dağıdılmasını istədi

Minlərlə tarixi ev və abidənin saxlanılmasına ehtiyac yoxdur, onların 10-20-si saxlanılmalı və qalanları dağıdılmalıdır.

Gunaz.tv

Bunu Əli Xaməneinin İsfahan əyalətindəki nümayəndəsi və şəhərin cümə imamı Yusif Təbatəbayi Nəjad deyib.

O, xüsusən İsfahanda Səfəvi şahı birinci Şah Abbas dövründə tikilən Məqsud bəy məscidinin sökülməsinin vacibliyini bildirib.

"Qalın divarları, ensiz dəhlizi olan bu bina ruhsuzdur və məzarı xatırladır",- deyə Təbatəbayinəjad tarixi məscidi sökməyə çağırıb.

Qeyd edək ki, Xaməneinin nümayəndəsinin iddiasının əksinə olaraq, Məqsud bəy məscidi İsfahanın nadir tarixi abidələrindən biridir və İran mədəni əsərlər siyahısında qeydə alınıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar