SON XƏBƏRLƏR

Əbülfəz Rəncbərinin durumu haqqında məlumat yoxdur

2025.05.30, 12:10
Əbülfəz Rəncbərinin durumu haqqında məlumat yoxdur

Hüquqşünas və universitet professoru Əbülfəz Rəncbərinin saxlanılmasından üç həftədən çox vaxt keçib və onun harada olması, səhhətinin vəziyyəti və ona qarşı irəli sürülən ittihamlar barədə heç bir rəsmi məlumat verilməyib.

Gunaz.tv

Qeyd edək ki, Əbülfəz Rəncbəri mayın 4-də Təbriz Kəşfiyyat İdarəsi tərəfindən həbs edilib.

Doktor Rəncbərinin işi Təbriz Prokurorluğunun 10-cu şöbəsində davam edir, lakin bu şöbə indiyədək onun üçün vəkil qəbul etməkdən imtina edib.

Məhkəmə və təhlükəsizlik institutlarının şəffaflığının olmaması və Dr. Rəncbərinin durumunun qeyri-müəyyənliyi insan haqları fəalları, hüquq ictimaiyyəti və akademik dairələr arasında reaksiyalara və narahatlıqlara səbəb olub.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar