SON XƏBƏRLƏR

İranlı idmançılara ömürlük həbs verilə bilər

2025.06.06, 11:06
İranlı idmançılara ömürlük həbs verilə bilər

Cənubi Koreyada saxlanılan iranlı atletlərə 7 il və hətta ömürlük həbs verilə bilər.

Gunaz.tv

Bununla bağlı Cənubi koreyalı iddiaçını təmsil edən "Dalian" Hüquq Qrupu məlumat yayıb.

Cənubi koreyalı vəkillər, Xarici idmançılar üçün diplomatik toxunulmazlıq iddiasını rədd edib və işin Cənubi Koreyanın daxili qanunlarına uyğun olaraq heç bir güzəşt olmadan davam etdiriləcəyini açıqlayıb.

İddiaçının vəkillərindən verilən açıqlamada deyilir ki, əgər hakim qeyd olunanları nəzərə alarsa, qaldırılan qanuni müddəalara əsasən, İranlı cavabdehləri 7 ilə qədər və hətta ömürlük həbs cəzası gözləyir.

Qeyd edək ki, bir neçə gün əvvəl Cənubi Koreyanın "Hankyure" qəzeti Asiya çempionatında iştirak etmək üçün bu ölkəyə gedən  3 iranlı atletin 20 yaşlı qadına təcavüz etdikləri üçün saxlanıldıqlarını yazıb.

Bundan sonra İran mediası da Cənubi Koreyaya gedən 19 nəfərlik heyətin yalnız 14-nün İrana qayıtdıqlarını bildirib.

İki atlet və bir baş məşqçi cinsi təcavüzə görə, 2 atlet isə telefon oğurluğuna görə həbs edilib.

Məlumatların yayılmasından sonra Tehranda İdman Nazirliyi və Atlektika Federasiyası qarşısında etiraz aksiyaları keçirilib, federasiya başçısı  Ehsan Həddadinin istefası istənilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar