SON XƏBƏRLƏR

Ərdəbilli fermerlər etiraz aksiyası keçirib

2025.06.09, 09:00
Ərdəbilli fermerlər etiraz aksiyası keçirib

İyunun 8-də Ərdəbil şəhərində bir qrup quşçuluq fermerləri Kənd Təsərrüfatı İdarəsinin qarşısında etiraz aksiyası keçirib.

Gunaz.tv

Bununla bağlı yerli media məlumat yayıb.

Etirazçılar toyuq əti istehsalçılarının dövlət qayğısından məhrum olduqlarını bildiriblər.

Tələblərini əks etdirən plakatlarlar qaldıran narazılar, Ərdəbil əyalətində quşçuluq fermerlərinin başqqa əyalətlərlə müqayisədə hüquqlarının daha çox pozulduğuna diqqət çəkiblər.

Onların sözlərinə görə, mərkəzi əyalətlərlə Ərdəbil əyalətində quş əti arasındakı qiymət fərqi, yerli sahibkarların müflis olmasına, ərdəbilli fermerlərin rəqabət apara bilməməsinə səbəb olur.

"Qiymət bərabərsizliyi bazarda rəqabət qabiliyyətimizi aşağı salıb və bu tendensiyanın davam etməsi bölgədə quşçuluq sahəsinin məhv olması ilə bəticələnə bilər",- narazılar xəbərdarlıq ediblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar