SON XƏBƏRLƏR

İsraildə İrana casusluq edən cütlük həbs edilib

2025.07.01, 16:03
İsraildə İrana casusluq edən cütlük həbs edilib

İyuln 30-da İsrailin təhlükəsizlik məmurları İsrailin mərkəzində yerləşən Rənana şəhərində israilli cütlüyün mənzilində axtarış aparıb və onları həbs ediblər.

Gunaz.tv

Bu haqda İsrailin daxili təhlükəsizlik xidməti (Şinbet) məlumat yayıb.

"Axtarış zamanı cütlüklə İslam Respublikasına bağlı agent arasında yazışmaların olduğu güman edilən bir neçə mobil telefon, kompüter və digər elektron qurğular götürülüb",- məlumatda bildirilib.

Adları açıqlanmayan cütlüyün məhkəmə iclasının bu gün iyulun 1-də keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, bu, son 3 gün ərzində ikinci belə hadisədir və iki gün əvvəl də 3 israilli İrana casusluq şübhəsilə həbs edilib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar