SON XƏBƏRLƏR

Pezeşkian Tehranda Azərbaycana səfərindən danışdı

2025.07.05, 10:16
Pezeşkian Tehranda Azərbaycana səfərindən danışdı

İran Prezidenti Məsud Pezeşkian Azərbaycandan qayıtdıqdan sonra Tehranda media nümayəndələrinə müsahibə verib.

Gunaz.tv

O, Azərbaycan Respublikasına səfərini və keçirilən görüşləri yüksək qiymətləndirib.

Prezident səfərdən əvvəl bəzilərinin onu Xankəndiyə gəlməkdən çəkindirməyə çalışdıqlarını söyləyib:

"Bəziləri mənə dedilər ki, bu səfər sizin üçün təhlükəli ola bilər, ancaq gördüyünüz kimi mən və mənimlə olan nümayəndə heyəti problemsiz gedib və problemsiz qayıtdıq".

Məsud Pezeçkian Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanla görüşləri barədə də məlumat verib.

Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətimiz dostluq şəraitində keçdi. Türkiyə prezidenti ilə də çox yaxşı və konstruktiv söhbətimiz oldu. Pakistanın baş naziri ilə iki ölkə arasındakı münasibətləri müzakirə etdik",- o əlavə edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar