SON XƏBƏRLƏR

Aİ geosiyasi risklər fonunda kritik mineral ehtiyatları yığır

2025.07.05, 11:54
Aİ geosiyasi risklər fonunda kritik mineral ehtiyatları yığır

Avropa İttifaqı geosiyasi gərginlik səbəbindən potensial tədarükün azalmasına qarşı ehtiyat tədbiri olaraq kritik mineral ehtiyatları toplamağı planlaşdırır.

Gunaz.tv

Bu barədə "Financial Times"  Avropa Komissiyasının sənədinə istinadən məlumat verib.

“Aİ münaqişə, iqlim dəyişikliyinin artan təsirləri, ətraf mühitin deqradasiyası, hibrid və kiber təhdidlər də daxil olmaqla, artan geosiyasi gərginlik səbəbindən pisləşən risk mənzərəsi ilə üz-üzədir.” - deyə sənəddə bildirilib.

Avropa Komissiyası məsələ ilə bağlı Reuters-in şərh sorğusuna dərhal cavab verməyib.

Gələn həftə dərc olunacaq və hələki müzakirəyə açıq olan sənəd layihəsində deyilir ki, "sürətlə inkişaf edən risk mənzərəsi fonunda böhrana hazırlıq üçün hansı əsas malların lazım olduğuna dair məhdud ümumi anlayış var."

Qeyd edək ki, hələ mart ayında Avropa Komissiyası üzv ölkələrə çağırış edərək vətəndaşlara 72 saat bəs edəcək zəruri ləvazimat ehtiyatları yaratmağı məsləhət görüb.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar