SON XƏBƏRLƏR

Təl-Əvivi yer üzündən slərik- Xaməneinin nümayəndəsi

2025.07.07, 14:29
Təl-Əvivi yer üzündən slərik- Xaməneinin nümayəndəsi

Əgər Amerika və İsrail yenidən İrana hücum edərsə, cavabımız əvvəlkilərdən daha güclü və qətiyyətli olacaq, biz Hayfa və Təl-Əvivi yerlə-yeksan edəcəyik.

Gunaz.tv

Bunu İran rəhbəri Əli Xaməneinin Müdafiə Nazirliyindəki nümayəndəsi Ziyaəddin Ağacanpur deyib.

"Amerikniın Qətərdəki  bazasına raket hücumu Trampın atəşkəs üçün yalvarmasına səbəb oldu",- o əlavə edib.

Qeyd edək ki, 12 günlük İran-İsrail müharibəsi zamanı İran silahlı qüvvələri İsrailə yüzlərlə raket və pilotsuz uçan aparatla zərbələr endirib, əksəriyyəti mülki şəxslər olmaqla 29 israilli həlak olub. 

Amerika prezidenti Donald Tramp isə İranın Qətərdəki bazaya raket hücumunu bir neçə gün əvvəl Amerika ilə razılaşdırıldığını və Əl-Udeid bazasına heç bir ziyan dəymədiyini bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar