SON XƏBƏRLƏR

Almaniya kansleri: "Patriot" sistemləri yaxın həftələrdə Ukraynaya təhvil veriləcək

2025.07.18, 10:17
Almaniya kansleri: "Patriot" sistemləri yaxın həftələrdə Ukraynaya təhvil veriləcək

Ukrayna yaxın həftələrdə “Patriot” hava hücumundan müdafiə sistemlərini təhvil alacaq. Hazırda Almaniya və Amerika Müdafiə nazirlikləri bu məsələnin koordinasiyası üzərində çalışır.

Gunaz.tv

Günaz TV APA-ya istiadən xəbər verir ki, bu barədə Almaniyanın kansleri Fridrix Merts “n-tv” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Avropa tərəfindən Ukraynaya verilən sistemlərin əvəzinin Amerika tərəfindən təmin olunması məsələsində aydınlıq lazımdır.

“Son günlərdə Avropadan Ukraynaya yeni "Patriot" sistemlərinin göndərilməsi və onların Amerika tərəfindən əvəzlənməsi ilə bağlı razılıq əldə olunub. Çünki biz öz müdafiə qabiliyyətimizi də saxlamaq məcburiyyətindəyik”, – deyə Merts vurğulayıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar