SON XƏBƏRLƏR

Rumıniya İsraildən 2 milyard avrodan çox məbləğə HHM sistemləri alacaq

2025.07.22, 10:33
Rumıniya İsraildən 2 milyard avrodan çox məbləğə HHM sistemləri alacaq

Rumıniya Müdafiə Nazirliyi İsrailin silah istehsalçısı "Rafael Advanced Defense Systems" şirkəti ilə 2 milyard avrodan çox dəyərində hava hücumundan müdafiə sistemlərinin alınması üçün çərçivə sazişi imzalayıb.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rumıniya Müdafiə Nazirliyi yayıb.

Saziş çərçivəsində üç ayrı müqavilənin imzalanması nəzərdə tutulur.

Onların əsasında Rumıniya altı ədəd "SHORAD-VSHORAD" inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemi əldə edəcək.

Bundan əlavə, saziş Rumıniya ordusunun şəxsi heyətinin hazırlanması, logistik dəstək və sursatların tədarükünü də əhatə edir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar