SON XƏBƏRLƏR

İsrailə görə İranda 2 min insan saxlanılıb

2025.07.23, 11:16
İsrailə görə İranda 2 min insan saxlanılıb

Ötən ay 12 günlük İran-İsrail müharibəsi zamanı ölkənin müxtəlif bölgələrində 2 mindən çox şəxs həbs edilib.

Gunaz.tv

Bunu İran məhkəmə sisteminin başçısı Qulamhüseyn Möhsüni Ejei deyib.

"Onlardan bəziləri düşmən ölkə ilə əməkdaşlıqda ittiham olunduqlarına görə ağır cəza ilə üzləşəcəklər",- o bildirib.

Ejei saxlanılanlardan bəzilərinin "düşmənlə davamlı əməkdaşlıq və əlaqələrinin olduğu"nu deyib, həmin şəxslər barədə ağır həbs cəzası və ya edam qərarı çıxarılacağını söyləyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar