SON XƏBƏRLƏR

Almaniya Ukraynaya daha iki “Patriot” sistemi tədarük edəcək

2025.08.01, 14:45
Almaniya Ukraynaya daha iki “Patriot” sistemi tədarük edəcək

Almaniya Amerika ilə razılaşma çərçivəsində Ukraynaya əlavə iki “Patriot” hava hücumundan müdafiə sistemi verəcək.

Gunaz.tv

Günaz TV Report-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.

"Bundesver artıq yaxın günlərdə Ukraynaya raket qurğuları, iki-üç ay ərzində isə komplekslərin əlavə komponentlərini göndərəcək. Bunun müqabilində Almaniya Amerikanın maliyyələşdirdiyi yeni “Patriot” sistemlərini tez bir zamanda alacaq", - nazir qeyd edib.

Almaniya artıq Kiyevə üç “Patriot” sistemi təhvil verib. Pistoriusun qeyd etdiyi kimi, yeni partiya ölkənin NATO çərçivəsində öhdəliklərini yerinə yetirmək qabiliyyətinə təsir etməyəcək.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar