SON XƏBƏRLƏR

İran: Avropa ilə nüvə danışıqları davam edir, lakin ortada razılıq yoxdur

2025.08.02, 14:03
İran: Avropa ilə nüvə danışıqları davam edir, lakin ortada razılıq yoxdur

Hökumət sözçüsü Fatimə Mühacirani şənbə günü dərc olunan müsahibəsində bildirib ki, İran nüvə proqramı ilə bağlı Avropa gücləri ilə danışıqlar aparır, lakin hazırda yeni razılaşma əldə etmək üçün heç bir danışıqlar aparılmır.

Gunaz.tv

Bu barədə Fatimə Mühacirani Rusiyanın dövlət xəbər agentliyi Sputnikə müsahibəsində danışıb.

O, İranın heç vaxt Avropa ilə dialoqa qarşı çıxmadığını, lakin hazırkı əlaqələrin rəsmi danışıqlara aid olmadığını vurğulayıb. "Hazırda Avropa ilə razılığa gəlməyə yönəlmiş heç bir danışıqlar yoxdur. Bunlar fikir mübadiləsidir." - deyə o bildirib.

Qeyd edək ki, Parlamentin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Abbas Qolru Avropa Üçlüyü ilə İran arasında gedən danışıqların hakim sistem tərəfindən icazə verildiyini bildirib.

Qolru bildirib ki, son danışıqlar İran üçün təhlükələri azaltmağa və diplomatik məkanı genişləndirməyə kömək edə bilər, xüsusən də ölkə BMT sanksiyalarının mümkün bərpası ilə bağlı təzyiqlərlə üzləşdiyi bir durumda.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar