SON XƏBƏRLƏR

Amerika Ukraynaya M777 haubitsa avadanlığının satışı ilə bağlı çox müqaviləni təsdiqləyib

2025.08.06, 11:06
Amerika Ukraynaya M777 haubitsa avadanlığının satışı ilə bağlı çox müqaviləni təsdiqləyib

Amerika Dövlət Departamenti Ukraynaya M777 haubitsa avadanlığının, təmiri, maddi-texniki təchizatı xidmətlərinin təxminən 104 milyon dollara satışını təsdiqləyib.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə “Reuters” Pentaqona istinadən məlumat yayıb.

Bundan əlavə, Dövlət Departamenti Ukraynaya nəqletmə və konsolidasiya xidmətlərinin mümkün satışını təsdiqləyib. Pentaqona görə, müqavilənin dəyəri təxminən 99,5 milyon dollar ola bilər.

“Təklif olunan tədarüklər Ukraynanın özünü müdafiə etmək və regional sabitlik missiyalarını yerinə yetirmək qabiliyyətini artırmaqla Amerikanın xarici siyasət məqsədlərini və milli təhlükəsizlik maraqlarını dəstəkləyəcək”, - məlumatda deyilir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar