SON XƏBƏRLƏR

İran yenidən qapanmaya gedir

2025.08.06, 12:10
İran yenidən qapanmaya gedir

Davam edən anomal istilər, enerji çatışmazlığı və su böhranı səbəbilə ölkədəki 28 əyalətin qubernatorluğu çərşənbə günü, avqustun 6-da ofislərin, bankların və dövlət qurumlarının bağlanacağını elan edib. Yalnız üç əyalət, İlam, Həmədan və Lorestan bu ümummilli qapanmaya daxil edilməyib.

Gunaz.tv

Əyalət rəhbərləri bu geniş qapanmanın səbəbini yüksələn temperatur fonunda "enerji istehlakını idarə etmək və ictimai sağlamlığı qorumaq ehtiyacı" kimi izah edirlər. Lakin bu fövqəladə tədbir ölkədə yığılmış infrastruktur böhranlarının pisləşməsinin son əlamətidir.

Qeyd edək ki, İran son illər isti və soyuq mövsümlərdə enerji çatışmazlığına çarə kimi kütləvi qapanma üsullarından istifaə edir.

Keçən yay hökumət elektrik şəbəkəsinə təzyiqi azaltmaq üçün 21 əyalətdə ofislərin bağlandığını da açıqlamışdı. Bu tədbirlərin məqsədinin elektrik enerjisi istehlakının azaldılması və kütləvi kəsilmələrin qarşısının alınması olduğu bildirilmişdi.

Son illərdə geniş yayılmış qapanma siyasəti, elektrik enerjisi, qaz və su təchizatında fasilələr İran iqtisadiyyatını son dərəcə çətin duruma salıb. Ticarət Palatasının Tədqiqat Mərkəzinin məlumatına görə, ölkə miqyasında qapanma olan hər gün İran iqtisadiyyatına təxminən 7 trilyon tümən (təxminən 100 milyon dollar) başa gəlir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar