SON XƏBƏRLƏR

İran İsrailin xeyrinə casusluqda ittiham olunan daha bir şübhəlini edam edib

2025.08.06, 13:22
İran İsrailin xeyrinə casusluqda ittiham olunan daha bir şübhəlini edam edib

İran İslam Respublikasının məhkəmə sistemi avqustun 6-da səhər saatlarında Ruzbeh Vadinin “casusluq və İsraillə əməkdaşlıq” və Mehdi Əsgərzadənin isə İŞİD qruplaşmasına üzv olmaqda ittiham olunaraq edam edildiyini bildirib.

Gunaz.tv

Ədliyyəyə bağlı Mizan xəbər agentliyi Ruzbeh Vadininin ölkənin mühüm və həssas təşkilatlarından birində işlədiyini qeyd etsə də, həbsinin vaxtı və təfərrüatları ilə bağlı heç bir açıqlama verməyib və onun şəklini dərc etməyib.

Ədliyyədən bildirilib ki, Ruzbeh Vadininin ötürdüyü kəşfiyyat məlumatları sayəsində İranın nüvə alimlərindən biri öldürülüb.

Qeyd edək ki, İran və İsrail arasında 12 günlük savaşında başlamasından bəri İranda 10 nəfər siyasi ittihamlarla edam edilib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar