SON XƏBƏRLƏR

İranda "İŞİD üzvü" edam edildi

2025.08.06, 14:33
İranda "İŞİD üzvü" edam edildi

İranda təxribat törətmək məqsədilə Suriya və İraqda təlim keçmiş "Əbu Xalid" və "Hesam" ləqəbləri ilə tanınan İŞİD üzvü Mehdi Əsğərzadə bu gün səhər saatlarında edam edilib.

Gunaz.tv

Bu haqda İran məhkəməsinin "Mizan" saytı məlumat yayıb.

Əsğərzadənin silahı qrupla İraqdan İrana keçdiyi zaman həbs olunduğu və onun başçılıq etdiyi qrup üzvlərinin atışma zamanı öldürüldüyü bildirilib.

Onun hansı tarixdə həbs olunduğu barədə açıqlama verilmədən, "İŞİD üzvü"nün xüsusən İranın müqəddəs məkanlarında partlayışlar törətməyi planlaşdırdığı iddia edilib.

Bununlada cari ildə İranda edam edilən məhbularn sayı 730-u keçib, onların arasında siyasi məhbuslar da var. 

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar