SON XƏBƏRLƏR

Pezeşkianın oğlundan Azərbaycanı ittiham edənlərə reaksiya verib

2025.08.06, 15:45
Pezeşkianın oğlundan Azərbaycanı ittiham edənlərə reaksiya verib

İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian bəzi radikal dairələrin Azərbaycanla münasibətləri hədəf alan ittihamlarına münasibət bildirib.

Gunaz.tv

O, bu cür çıxışların əsassız olduğunu və İranın milli maraqlarına zidd hərəkətlərə yol açdığını deyib.

Yusif Pezeşkian İranın Azərbaycanla gələcək münasibətlərinə dair üç mümkün ssenari irəli sürüb:

Açıq düşmənçilik və münaqişəyə sürüklənmə;

Gərgin, lakin neytral münasibətlər – “nə müharibə, nə sülh” vəziyyəti;

Qonşuluq və əməkdaşlıq şəraitində fikir ayrılıqlarının dialoqla həll olunması.

Onun sözlərinə görə, birinci ssenari nə ölkə rəhbərliyinin mövqeyinə uyğundur, nə də İranın uzunmüddətli maraqlarına xidmət edir:

“Kimsə çıxıb deyirsə ki, Azərbaycan İsrailə müharibədə yardım edib, bu, əslində Azərbaycanın düşmən elan olunması deməkdir. Əgər bir ölkə düşməndirsə, bu, müharibəyə çağırışdır. Ancaq düşünürəm ki, İran cəmiyyətində sağlam düşüncəyə sahib insanlar belə bir gedişi istəməz”.

Pezeşkian ikinci ssenarini də səmərəsiz sayıb və əlavə edib ki, düşmən kimi qəbul edilən ölkənin istənilən addımı – istər beynəlxalq təşkilatlarda, istərsə də iqtisadi müstəvidə – İrana qarşı yönəlmiş təzyiq alətinə çevrilə bilər.

 

Yusif Pezeşkian üçüncü ssenarinin - əməkdaşlıq və ortaq maraqlar əsasında münasibətlərin inkişafının - ən rasional və strateji yanaşma olduğunu qeyd edib:

“Siyasi və ideoloji fərqliliklər təbiidir. Amma bu, qarşılıqlı faydalı əməkdaşlıq imkanlarını istisna etmir. İqtisadiyyat, ticarət və təhlükəsizlik sahəsində ortaq nöqtələr üzərində əməkdaşlıq mümkündür və məqsədəuyğundur”.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar