SON XƏBƏRLƏR

Tehranda hava çirkliliyinə görə ölələrin sayı artdı

2025.08.07, 09:29
Tehranda hava çirkliliyinə görə ölələrin sayı artdı

Son il ərzində paytaxt Tehranda hava çirkliliyi səbəbindən 7342 nəfər həyatını itirib.

Gunaz.tv

Bu haqda Beheşti Universitetinin Havanın Keyfiyyəti və İqlim Dəyişikliyi Araşdırma Mərkəzi məlumat yayıb.

Hava çirkliliyi səbəbindən ölənlərin sayının əvvəlki illə müqayisədə 5% artdığı bildirilib.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin hesabatına görə, 2024-cü ildə İranda hava çirkliliyi səbəbindən 50 min nəfər həyatını itirib.

İran parlamentinin Kənd Təsərrüfatı Komisiyasının Ətraf Mühit Komitəsinin sədri Süməyyə Rəfiyi, ölüm sayının artmasını ölkədə təmiz hava qanununun natamam icra olunduğu ilə bağlı olduğunu bildirib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar