SON XƏBƏRLƏR

Təhlükəsizlik idarəsinə çağırılan güneyli sənətçi yoxa çıxıb 

2025.08.07, 10:39
Təhlükəsizlik idarəsinə çağırılan güneyli sənətçi yoxa çıxıb 

Güney azərbaycanlı sənətçi Aşqın İmami avqustun 6-ı səhər saatlarında İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (Ettelaat) yerli bölməsinə çağırılıb.

Gunaz.tv

Bu haqda sosial media şəbəkəsində məlumat yayılıb.

Bildirilib ki, sənətçi bölməyə getdikdən sonra onunla əlaqə kəsilib və barəsində məlumat əldə etmək mümkün olmayıb.

Sənətçinin ailəsinə yaxın mənbələr İmaminin həbs olunduğunu ehtimal edirlər.

Məlumata görə, onun İnstaqram səhifəsində bütün paylaşımlar silinib, istifadəçi adı və profil şəkli dəyişdirilib.

Bundan əvvəl avqustun 4-də təhlükəsizlik qüvvələri məhkəmə qərarı olmadan xanım sənətçinin evinə basqın edib, orada axtarış aparıb və onun bəzi şəxsi əşyalarını, o cümlədən mobil telefonunu və noutbukunu müsadirə ediblər. 

Qeyd edək ki, Azərbaycan mahnıları və musiqilərinin ifaçısı Aşqın İmami, həm də virtual məkdanda Azərbaycan dili kursları keçirir. 

Bu, son 1 il ərzində Aşqın İmaminin evinə ikinci hücumdur.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar